Millinin oyunu bu stadionda keçiriləcək
07.12.2022 , 18:54
Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərində keçiriləcək.
“Friends Arena”da baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
