Millinin oyunu 5 manata
05.10.2023 , 18:43

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-dan etibarən satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşə ən ucuz bilet 5, ən bahalı isə 200 manatdır.
