Futzal

Millinin oyunlarının yeri məlum oldu

27.11.2021 , 14:55

Azərbaycan futzal millisinin Ukrayna ilə keçirəcəyi yoldaşlıq görüşlərinin məkanı müəyyənləşib.

Korner.az xəbər verir ki, komandamız rəqiblə iki dəfə üz-üzə gələcək.

Dekabrın 18-də və 19-da keçiriləcək hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində olacaq və saat 18:00-da başlayacaq.

Bu matçlar Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyacaq.

Son yazılar

Yuxarı