Millinin oyunlarının vaxtı açıqlandı
21.11.2023 , 16:56

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub.
Korner.az xəbər verir ki, Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda baş tutacaq.
Farer adaları ilə qarşılaşma isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.
