Millinin oyunlarının təqvimi açıqlandı
20.11.2020 , 16:48

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Korner.az xəbər verir ki, III qrupda yer alan Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda ilk və son matçlarını evdə oynayacaq.
Qarşılaşmaların başlama saatları daha sonra açıqlanacaq.
2021-ci il
29 yanvar
Azərbaycan – Slovakiya
2 fevral
Yunanıstan – Azərbaycan
4 mart
Azərbaycan – Moldova
9 mart
Moldova – Azərbaycan
8 aprel
Slovakiya – Azərbaycan
14 aprel
Azərbaycan – Yunanıstan
