Milli

Millinin oyunları ləğv olundu

22.09.2021 , 19:34

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda keçirilməli idi.

Son yazılar

Yuxarı