Millinin oyunları “Azersun Arena”da keçiriləcək
04.10.2023 , 16:57
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Bakıda, oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığma komandalarına qarşı keçirəcəyi oyunların stadionu dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Hər iki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, “Azersun Arena”da keçiriləcək. Oyunlar saat 18:00-da başlayacaq.