Millinin oyun cədvəli məlum oldu
08.06.2023 , 17:15

Futzal üzrə DÇ-2024-ün elit-raud mərhələsində Niderland, Rumıniya və Qazaxıstanla bir qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyun cədvəli məlum olub.
Korner.az xəbər verir ki, milli ilk oyununu sentyabrda Rumıniyaya qarşı keçirəcək.
Sentyabr
Rumıniya – Azərbaycan
Azərbaycan – Niderland
Oktyabr
Azərbaycan – Qazaxıstan
Qazaxıstan – Azərbaycan
Dekabr
Azərbaycan – Rumıniya
Niderland – Azərbaycan
Qeyd: Oyunların keçiriləcəyi günləri qrup iştirakçıları iyunun 16-dək öz aralarında razılaşdırmalıdırlar. Həmin tarixə qədər razılıq əldə olunmasa, UEFA oyun tarixlərini püşklə müəyyənləşdirəcək. Dekabrın 20-i qrup mərhələsi üçün sonuncu oyun günüdür. Pley-off-da iştirak edəcək komandalar üçün gələn il yanvarın 25-də püşk atılacaq, matçlar isə ev və səfər prinsipi olmaqla gələn il 8-17 aprel tarixlərində keçiriləcək.
