Millidən növbəti uğursuzluq
27.10.2022 , 18:00

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüşə millimizin 0:1 hesablı məğlubiyyəti ilə bitib.
Azərbaycan millisi qrupdakı ilk matçında Ukraynaya 2:5 hesabıyla uduzub.
Avropa çempionatı
Seçmə mərhələ, II tur
27 oktyabr
15:30 Bosniya və Herseqovina – Azərbaycan – 1:0
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Miguel Nogueira, Hugo Manuel Freire Marques (Portuqaliya)
