Futzal

Millinin Moldova ilə oyununun hakimləri açıqlandı

23.02.2021 , 19:45

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb.

Korner.az xəbər verir ki, oyunun əsas hakimi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı “Futzal Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matçın start fiti saat 19:00-da səslənəcək.

 Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur

Son yazılar

Yuxarı