Millinin məşqçiləri klubların hazırlıq prosesini izləyib
29.07.2019 , 19:44

21 yaşadək futbolçlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç və köməkçi məşqçi Vladimir Kozul iyulun 24-dən 28-dək Türkiyədə olublar.
Korner.az xəbər verir ki,onlar təlim-məşq toplanışında olan Azərbaycan Premyersı Liqa klublarından “Zirə”, “Sumqayıt” və “Sabah”ın məşq prosesini və yoxlama oyunlarını izləyib,komandanın baş məşqçiləri ilə görüşüb,fikir mübadiləsi aparıblar.
