Bir vaxtlar Fransanın “Olimpik” (Marsel), Moskvanın “Spartak” və “Lokomotiv” klublarının şərəfini qorumuş Dmitri Sıçyov karyerasını həvəskar liqada davam etdirəcək.
Korner.az-ın məumatına görə, 32 yaşlı hücumçu BFS klubu ilə anlaşıb.
Bu komandada “Spartak” və “Lokomotiv” klublarının şərəfini qorumuş Aleksandr Şeşukov da çıxış edir. BFS aktivindəki 39 xalla turnir cədvəlinə liderlik edir.
Rusiya millisində 47 oyun keçirib 15 dəfə rəqib qapıçıları məyus edən Sıçyov ötən mövsümü Qazaxıstanın “Okjeptes” klubunun formasını geyinmiş və meydanda olduğu 19 matçda 3 qol vurmuşdu.
