Millinin hücumçusu rəmzi heyətdə – FOTO
29.10.2020 , 18:22

ABŞ-ın birinci liqasında mövsümün ən yaxşı futbolçularından ibarət rəmzi komandası açıqlanıb.
Korner.az xəbər verir ki, “Finiks Rayzinq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da ikinci rəmzi heyətdə yer alıb.
Rüfət Dadaşov cari mövsüm 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard çempionat ərzində 72,4 faiz dəqiq ötürmə ilə çıxış edib.
“Finiks Rayzinq” USL-də B Liqasının qalibi olub.
