“Ural” klubunun futbolçusu Roman Pavlyuçenko Rusiya yığmasındakı çıxışını başa vurub.
Korner.az-ın məlumatına görə, 35 yaşlı hücumçu TASS-a açıqlamasında təklif alsa belə, DÇ-2018-də oynayamayacağını bildirib.
O, Yekaterinburq komandasına keçidinin ailəsi və yeni kollektiv tərəfindən müsbət qarşılandığını əlavə edib: “Həyat yoldaşım və uşaqlar həftəsonu yanıma gələcəklər. Yaxud mən onlara gedib baş çəkəcəyəm. Özüm şən oğlanam. Bunu “Ural”ın bir çox oyunçusu bilir”.
