İyunun 27-dən iyulun 9-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçinin qərarı ilə Orxan Məmmədovun əvəzinə millinin heyətinə Hikmət Bağırov dəvət olunub.
