Ölkə futbolu

Millinin heyətində dəyişiklik edildi

24.04.2019 , 17:42

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, “Səbail”dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Həmçinin, millinin toplanışına yeni qapıçı cəlb olunub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.

Son yazılar

Yuxarı