Milli

Millinin heyətində dəyişiklik

07.10.2019 , 16:13

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Korner.az AFFA-ya istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 6-da keçirilmiş “Qarabağ” – “Sabah” oyununda (2:0) zədələnən Mahir Emreli millinin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək.

Onun əvəzində, “Neftçi”dən Namiq Ələsgərov yığmanın heyətinə dəvət olunub.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Son yazılar

Yuxarı