Millinin heyətində dəyişiklik
06.10.2019 , 13:27

Oktyabrın 6-dan 15-dək Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, “Sabah” klubunun üzvü Rüstəm Samiqullin zədəli olduğu üçün hazırlıq prosesinə “Keşlə”dən Əkbər Vəliyev dəvət olunub.
