Millinin heyətində dəyişiklik
10.07.2024 , 18:23

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova milliyə qoşulub.
Millimiz Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.
