Millinin heyətində dəyişiklik
08.06.2023 , 15:27

İyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Raul Hacıyevin (“Rustavi”, Gürcüstan) əvəzinə “Sabah” klubunun üzvü Həmzəalı Mikayılov heyətə dəvət edilib.
