Millinin heyətində dəyişiklik
03.02.2023 , 15:20

Fevralın 4-dən 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Korner.az xəbər verir ki, səhhəti ilə əlaqədar “Turan Tovuz” klubunun üzvü Hüseyn Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ” klubunun üzvü Okan Təhməzli hazırlıq prossesinə cəlb olunub.
