Millinin heyətində dəyişiklik
05.11.2022 , 12:57

Noyabrın 10-da və 13-də “Dalğa Arena”da Xorvatiyanın qadınlardan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Korner.az xəbər verir ki, Türkiyənin “Gaziantep Asya Spor” klubunun üzvü Alina Nəhmədovanın əvəzinə millinin heyətində 8№-li İOEUGİM-də çıxış edən Fatimə Əhmədova dəvət olunub.
