Millinin heyətinə daha bir futbolçu çağırıldı
26.09.2022 , 17:11

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində sabah Bakıda Moldova yığması ilə qarşlaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.
Korner.az xəbər verir ki, “Şamaxı” klubunun üzvü Cəlal Hüseynov millinin hazırlıq prosesində iştirak edəcək.
Milli sabah Moldova ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyuna saat 19:00-da start veriləcək.
