Futzal

Millinin heyəti açıqlandı – SİYAHI

07.12.2021 , 12:43

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib:

Rövşən Hüseynli,  Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei,  Nurlan Mehdizadə( hamısı “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi “Ekol”) , Xəzər Ağalizadə (U-19), Rafael Vilela (“Palma Futsal” İspaniya), Fineo De Araujo (“Sporting Paris” Fransa), Thiago Teles Martins (“ACCS FUTSAL” Fransa), Everton Kardoso (“Levante” İspaniya)

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

Son yazılar

Yuxarı