Millinin heyəti açıqlandı
08.11.2024 , 12:15
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Korner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
Qapıçılar: Nicat Mühbalıyev (“Sabah”), Rza Cəfərov (“Neftçi”), Aydın Bayramov (“Zirə”)
Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı “Qarabağ”), Rahil Məmmədov (“Radomiak Radom”, Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)
Yarımmüdafiəçilər: Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Elvin Camalov (“Sabah”), Aleksey İsayev, Toral Bayramov (ikisi də “Qarabağ”), Xəyal Nəcəfov (“Turan Tovuz”), Səbuhi Abdullazadə (“Sumqaylt”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”) Ceyhun Nuriyev (“Zirə”), Emin Mahmudov (“Neftçi”)
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə (“Zirə”), Ramil Şeydayev (“Neftçi”), Mahir Emreli (“Nürnberq”, Almaniya), Nəriman Axundzadə (“Qarabağ”)
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda olacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.