Xorvatiya millisinin həkimi Boris Nemes yığmanın “Real”da (Madrid) çıxış edən üzvü Luka Modriçin zədələnməsinə görə Karlo Ançelottinin günahkar olduğunu deyib.
Korner.az-ın məlumatına görə, o, Lukanın hər hansı toqquşmadan deyil, ardıcıl ağır oyunlardan sonra zədə almasının buna sübut olduğunu söyləyib.
“Ançelotti uzunmüddətli zədədən sonra komandaya qayıdan Lukanı qorumur. Modriç hər oyunda 90 dəqiqə oynayır. Halbuki bu müddəti getdikcə artırmaq lazım idi. Luka oynamağa 100 faiz hazır olmadığı üçün zədələnib. Onu bu qədər “yükləməsəydilər”, zədə də almazdı”, – deyə həkim bildirib.
Qeyd edək ki, Modriç diz bağlarının gərilməsi səbəbilə 6 həftə məcburi istirahət edəcək.
