"Qalatasaray"ın sol cinah müdafiəçisi Hakan Balta böyük risk altına girir.
Korner.az-ın məlumatına görə, Türkiyə millisinin futbolçusuna həkimlər əməliyyat olmağı məsləhət biliblər. Lakin futbolçu uzun müddət meydanlardan kənar qalmaması üçün bununla razı deyil.
Qeyd edək ki, 29 yaşlı futbolçu sol dizindən əməliyyat olmalıdır.
