Xorvatiya milli komandasının bir neçə futboçusu DÇ-2014-ün pley-of mərhələsi çərçivəsində qarşılaşdıqları İslandiya yığmasıyla oyundan sonra oteldə eyş-işrət məclisi təşkil edibələr.
Korner.az-ın məlumatına görə, bu xəbəri İslandiya mətbuatı yayıb.
Məlumatda deyilir ki, matçdan sonra otelə gələn Mario Mandzukiç (Bavariya), kapitan Dario Srna (Şaxtyor, Donetsk), Nikita Yelaviç (Everton), Vedran Çorluka (Lokomotiv, Moskva), Niko Krançar (QPR), Eduardo da Silva (Şaxtyor, Donetsk), Mateo Kovaçiç (İnter) və Domaqoy Vida (Dinamo, Kiyev) oyundan sonra otelə qayıdaraq səhərədək 70-dən artıq pivə içiblər. B
Xatırladaq ki, qarşılaşma qolsuz bərabərliklə başa çatmışdı. Xorvatiyadakı cavab görüşü sabah baş tutacaq.
