Qazaxıstan Futbol Federasiyası milli komanda üçün yeni baş məşqçini xalq səsverməsi ilə seçəcək.
Korner.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Erlana Kojaqapanov məlumat verib.
O bildirib ki, səsvermə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə yerli və xarici məşqçilər təklif ediləcək. Həmin məşqçilərin adı dekabrın 26-ı açıqlanacaq.
İkinci mərhələdə isə qısa siyahı müəyyənləşəcək və bir neçə internet platforması üzərindən səsvermə keçiriləcək.
