Hollandiya millisinin baş məşqçisi Quus Hiddink istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, bu barədə Hollandiya Futbol Federasiyasının rəsmi saytından məlumat verilib.
68 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Hiddink milldən göndərildiyi üçün məyus olduğunu deyib:
“Baş verənlər üçün məyusam. Yenidən Hollandiya millisini çalışdırmaq mənim üçün qürurverici idi. Məndən sonra gələcək baş məşqçiyə uğurlar arzulayıram”
