Millinin baş məşqçisi istefaya göndərildi
07.04.2020 , 18:18

Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi İvan Yovanoviç postundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Yovanoviç ötən ilin dekabr ayında BƏƏ yığmasına baş məşqçi təyin olunmuşdu. Onunla 6 aylıq müqavilə imzalanmışdı.Yoxanoviç yığmanın baş məşqçisi kimi debüt edə bilməyib.
