Millinin baş məşqçi postuna 32 namizəd
28.01.2020 , 19:25

Azərbaycan milli komandasının baş məşqçi postuna 32 namizəd var.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.
Məmmədov, hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib. O, İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 13-ə endiriləcəyini deyib.
O, növbəti iclasın 15 gün sonra keçiriləcəyini bildirib.
