Futbol üzrə Uqanda milli komandasını daşıyan avtobus qəza keçirib.
Korner.az-ın championat.com saytına istinadən məlumatına görə, avtobusun təkərinin partlaması səbəbilə sürücü idarəetməni itirib və nəticədə avtobus marşrut taksisi ilə toqquşub.
Qəza nəticəsində marşrut taksisindəki 4 nəfərin yerindəcə keçindiyi bildirilir. Avtobusdakı milli üzvlərini isə yüngül xəsarətlərlə qurtulublar.
