Millinin Avstriya və Norveçlə oyunlarının stadionu
22.09.2021 , 11:52

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq.
Hər iki görüş “Bakcell Arena”da keçirləcək. Oyunların başlama saatı hələlik dəqiqləşdirilməyib.
