Millinin Avropa çempionatı üçün heyəti açıqlandı
15.03.2022 , 15:11

Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Ağatahir Əzimovun səfərə aparacağı 12 futzalçı bunlardır:
Qapıçılar: Azər Fərmanov, Zaur Sultanov
Oyunçular: Mirzə Əmirov, Şaiq Vəlizadə, Nazim Rəhimov, Fariz Mehralıyev, Xəzər Ağalızadə, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fuad Məmmədzadə, Novruz Kazıxanov, Mikayıl Qiyasov
17 mart. Saat 20:00
Azərbaycan – Xorvatiya
18 mart. Saat 20:00
Latviya – Azərbaycan
Qeyd: Xorvatiyada təşkil olunacaq qrup oyunlarının başlama saatı Bakı vaxtı ilə göstərilib.
