Millinin açıq məşqi olacaq
04.09.2019 , 17:16

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 5-i, saat 18:00-da “Dalğa Arena”da Azərbaycan yığmasının mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi açıq olacaq
Azərbaycan – Slovakiya oyunu sentyabrın 6-da, saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.
