Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıqlarını davam etdirir.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimizin sabah saat 10:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat üçün açıq məşqi olacaq.
Qeyd edək ki, yığmamız Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin ilk oyununda martın 17-də Xorvatiya ilə qarşılaşacaq.
