DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının keçirəcəyi mətbuat üçün açıq məşqin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, yığmamızın çalışdırıcısı oyundan 1 gün əvvəl “Parc-Hotel Alvisse” otelində KİV nümayəndələri ilə görüşəcək. O, Bakı vaxtı ilə saat 15:00-da jurnalistlərin suallarını cavablandıracaq. Martın 21-də saat 18:30-da “Jozi Bartel” stadionunda baş tutacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
