Millinin 2-ci mərhələdəki rəqibləri məlum oldu
05.12.2024 , 16:00
Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsindəki rəqibləri məlum olub.
Korner.az xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.
Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.