Millinin ən yaxşıları: Bəhlul, Ramil, Riçard
15.10.2019 , 19:49

Avro-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların performans göstəriciləri açıqlanıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvləri arasında ən yuxarı indeksə Ramil Şeydayev malikdir. 587 xalı olan 23 yaşlı hücumçu ümumi sıralamada 171-cidir. Riçard Almeyda millinin ikincisidir. O, 486 xalla 239-cu sırada qərarlaşıb.
Bəhlul Mustafazadə isə millinin 3-cü ən yaxşı futbolçusudur. 22 yaşlı müdafiəçi 461 xalla 261-cidir.
