Millimizlə oyunu buraxacaq
26.08.2019 , 18:29
AVRO-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Xorvatiya millisinin əsas hücumçusu olan Andrey Kramariç zədələnib.
Futbolçu sağ dizindən zədələnib. Hücumçunun yaxın günlərdə əməliyyat olunacağı bildirilib.