DÇ-2014-ün seçmə qrup oyunları çərçivəsində Rusiya millisinin futbolçuları Portuqaliya və Azərbaycanla qarşılaşmalardan
öncə mükafatlandırılacaq.
Korner.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqı komandanın Ukrayna və Polşada keçirilmiş Avro-2012-dəki çıxışlarına əsasən hər bir futbolçuya 45 min avro pul verəcək.
Avro-2012-də mübarizəni qrup mərhələsində dayandıran şimal qonşularımız 3 oyundan 4 xal toplaya bilmişdi.
Lakin Rusiya Futbol İttifaqı Çexiya qələbəsinə 30 min avro, Polşa bərabərliyinə isə 15 min avro mükafat verəcək. Mükafatlar yığmanın futbolçuları, məşqçiləri və inzibati heyətinə ödəniləcək.
