Azərbaycan milli komandasının iyunun 5-də, Minsk şəhərində Belarus yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, millimizin üzvlərinin əsasən Unibank Premyer Liqasının aparıcı klublarında çıxış etməsini və həmin klubların avrokuboklarda mübarizə aparacağını, Belarus yığması ilə yoldaşlıq oyununun avrokubok qarşılaşmaları ərəfəsinə təsadüf etdiyini nəzərə alan millinin baş məşqçisi bu barədə qərar qəbul edib.
