Millimizin yer alacağı səbət dəqiqləşdi – DÇ-2022
16.11.2020 , 14:40

Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki səbəti bəlli olub.
Korner.az xəbər verir ki, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.
Ötən ay açıqlanan FİFA reytinqində 1175 xalla 114-cü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.
Bundan sonrakı nəticələrdən asılı olmayaraq, Azərbaycan yığmasının 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması isə mümkün deyil
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.
