Bu gün AFFA İcraiyyə Komitəsinin yeni seçilmiş heyəti ilə keçirilən ilk iclasında bir sıra qərarlar qəbul olunub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən U-16 yığmamızın yeni baş məşqçisi müəyyənləşib.
Millimizin baş məşqçi vəzifəsi Rafiq Mirzəyevə həvalə edilib. Tədbirdə qəbul edilmiş digər qərarlar isə belədir:
– Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib.
– Elxan Məmmədov növbəti müddət – 4 il üçün AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub.
– AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statutusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi aşağıdakı kimi təsdiq olunub:
– Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.
– Topaz Premyer Liqada çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.
– “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.
– Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.
– UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.
– İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.
