Dortmund "Borussiya"sının futbolçusu Şinzi Kaqavanın İngiltərənin "Mançester Yunayted" klubuna keçidi rəsmiləşib. Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, transferlə bağlı digər detallar bir neçə gündən sonra açıqlanacaq.
Qeyd edək ki, yaponiyalı futbolçu Dortmund təmsilçisinə 300 min avro qarşılığında gəlmişdi.
