Millimizin üzvünün yeni klubu bəllidi
08.08.2018 , 12:41

Millimizin futbolçusu Ufuk Budak Türkiyə birinci liqa təmsilçisi “Boluspor”a transfer olunub. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İmzalanma mərasimindən sonra U.Budak bildirib: “Bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Burada çox yaxşı dostluq mühiti var. Bu həftə liqaya yaxşı başlayıb, məqsədimizə nail olmaq istəyirik”.
Qeyd edək ki, U.Budak ötən mövsüm “Samsunspor”da oynayıb.
