Millimizin üzvünün transferi rəsmən açıqlandı
03.08.2018 , 10:03

“Bursaspor”da çıxış edən U-21 millimizin üzvü Ozancan Kökcünün yeni klubu rəsmən müəyyənləşib.
19 yaşlı yarımmüdafiəçi Türkiyənin 1-ci liqasında çıxış edən “Girəsunspor” klubu ilə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ozancan Kökcü ötən il “Feyenoord”dan “Bursaspor”a keçmişdi.
