Millimizin üzvünün komandası uduzdu
16.02.2025 , 11:22

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın “Helsinki” klubu yoldaşlıq görüşü keçirib.
Korner.az xəbər verir ki, Kökçünün komandası Estoniyanın “Flora” klubu ilə qarşılaşıb.
Görüş “Helsinki” klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Millimizin üzvü ikinci hissədə meydana çıxıb.
