Millimizin üzvünə şans verilmədi
25.12.2018 , 11:49

Türkiyə I Liqasında 17-ci turun oyunları keçirilib.
U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Giresunspor” səfərdə “Altınordu” ilə 0-0 hesablı heç-heçə edib.
Ozanın adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. “Giresunspor” 17 turdan sonra 19 xalla 13-cüdür.
